Rentonda: Bakıda avtomobil icarəsi platforması
Bakıda icarə avtomobillərini bir kataloqda toplayan, qiymət müqayisəsi və birbaşa əlaqə imkanı verən onlayn platforma.
ƏtraflıHaqqımda
Proqram təminatının hazırlanması, sistem arxitekturası və texnoloji məhsulların inkişafı sahəsində 7 ildən artıq təcrübəyə malik proqram mühəndisiyəm.
Üzünü həmişə işığa tut ki, kölgələr həmişə arxanda qalsın.
Yolum
Başlanğıc
Texnologiya ilə yolum robototexnika və hardware layihələri ilə başlayıb. İlk illərdə elektronika, mikrokontrollerlər və müxtəlif robot sistemləri üzərində çalışmış, hardware və software-i birlikdə istifadə edərək real işləyən həllər hazırlamışam. Bu istiqamətdəki layihələrimi Elxan Robotics adı altında paylaşmışam.
Biznes
Daha sonra peşəkar fəaliyyətimi mühasibatlıq və biznes xidmətləri sahəsində davam etdirmiş, şirkət və müştəri ehtiyaclarına uyğun müxtəlif proqram təminatları və avtomatlaşdırma həlləri hazırlamışam. Bu təcrübə mənə proqramlaşdırmanı yalnız texniki tərəfdən deyil, real biznes prosesləri baxımından da görməyə imkan verib.
AzTU
Karyeramın növbəti mərhələsində Azərbaycan Texniki Universitetində proqramçı, baş proqramçı, daha sonra Tech Lead & Head of Development vəzifələrində çalışmışam. Universitetin akademik və inzibati proseslərinin rəqəmsallaşdırılması üçün bir sıra sistemlərin hazırlanmasında iştirak etmiş, LMS-in texniki inkişafına və komandanın işinə rəhbərlik etmişəm.
Bu gün
Bu yanaşmanın davamı olaraq Xəzəroğlu Group-u təsis etmişəm. Burada bizneslərin rəqəmsallaşdırılması, ERP, CRM, POS, WMS və digər texnoloji həllərin inkişafı üzərində çalışırıq. Eyni zamanda avtomobil icarəsi sahəsinin rəqəmsallaşdırılmasına yönəlmiş Rentonda platformasının qurucusuyam.
AzTU
AzTU-da universitetin müxtəlif akademik və inzibati proseslərinin rəqəmsallaşdırılması üçün bir sıra sistemlərin hazırlanmasında iştirak etmişəm. LMS, AzTU Exam və dərs cədvəli layihələrinin texniki istiqamətinə və komandanın işinə rəhbərlik etmişəm.
Universitetin LMS platformasının backend hissəsinin inkişafında çalışmış, daha sonra onun texniki inkişafına və komandanın işinə rəhbərlik etmişəm. Head of Development olduğum dövrdə LMS-ə yeni funksiyaların əlavə olunması, mikroservis yanaşmasının tətbiqi və müxtəlif universitet sistemlərinin vahid ekosistem daxilində inteqrasiyası üzərində çalışmışıq.
Layihəyə baxŞifahi imtahan sistemi LMS ilə inteqrasiya olunan ayrıca mikroservis kimi hazırlanıb.
Auditoriya məlumatlarını mərkəzi sistemdən, müəllim və dərs məlumatlarını LMS-dən alaraq hər bir tələbənin şəxsi kabinetində ona uyğun dərs cədvəlini göstərirdi.
Universitetin "Elmi Əsərlər" jurnalı üçün sistem.
Elmi-Metodiki Şura üçün platforma.
Təcrübə
Mənim üçün proqramlaşdırma yalnız kod yazmaq deyil.
Texnologiyanı real problemləri həll etmək, prosesləri avtomatlaşdırmaq və uzunmüddətli dəyər yaradan məhsullar qurmaq üçün vasitə kimi görürəm.
Bu gün
Bizneslərin rəqəmsallaşdırılması: ERP, CRM, POS, WMS və digər texnoloji həllər.
xezeroglu.com
Avtomobil icarəsi sahəsinin rəqəmsallaşdırılmasına yönəlmiş platforma.
rentonda.com
Azərbaycandan çıxan və beynəlxalq bazarda rəqabət apara bilən texnologiya məhsulları yaratmaq.
Texnologiyalar
Portfel
Bakıda icarə avtomobillərini bir kataloqda toplayan, qiymət müqayisəsi və birbaşa əlaqə imkanı verən onlayn platforma.
ƏtraflıAzTU LMS, Azərbaycan Texniki Universiteti üçün hazırlanmış, tədris proseslərinin rəqəmsal…
ƏtraflıStrateji Marketinq Forumu 2026 üçün tədbir saytı: proqram, spikerlər, geri sayım, iTicket.az bilet inteqrasiyası və SMF Asistant.
Ətraflıİdeyanızı qısa yazın, birlikdə ən uyğun həlli müəyyən edək.