SMF 2026 (Strateji Marketinq Forumu) Azərbaycanın aparıcı marketinq tədbirlərindən biridir. Forum üçün tədbir saytı smf.az hazırlanıb: proqram, spikerlər, məkan və bilet satışı bir yerdədir. Layihə Xəzəroğlu Group tərəfindən forumun rəsmi sponsorluğu çərçivəsində hədiyyə olaraq hazırlanıb.
Nələr edildi?
- Tədbir tarixinə geri sayım ilə tam tədbir saytı
- Üç tematik panel üzrə spikerlər və moderatorlar bölməsi
- Saat-saat tədbir proqramı və məkan məlumatı (Nizami Kino Mərkəzi)
- iTicket.az ilə bilet inteqrasiyası: ziyarətçi bir neçə kliklə yerini bron edir
- İştirakçıların suallarını cavablandıran süni intellekt köməkçisi, SMF Asistant
- Mobil üçün tam uyğunlaşdırılmış dizayn
Nəticə
Ziyarətçi forum haqqında bütün məlumatı bir səhifədə tapır və biletini birbaşa saytdan alır.
Sayt: smf.az
