← Portfel

Rentonda: Bakıda avtomobil icarəsi platforması

Rentonda: Bakıda avtomobil icarəsi platforması

Rentonda, Bakıda avtomobil icarəsi üçün hazırlanmış onlayn platformadır. Məqsəd sadədir: icarəyə maşın axtaran insan bütün təklifləri bir yerdə görsün, qiymətləri müqayisə etsin və birbaşa sahibi və ya icarə şirkəti ilə əlaqə saxlasın.

Layihə nə edir?

  • İcarə şirkətlərinin və fərdi sahiblərin avtomobil elanlarını bir kataloqda toplayır
  • Gündəlik, həftəlik və aylıq qiymətləri göstərir
  • Marka, model, ban növü və qiymətə görə axtarış və filtr imkanı verir
  • Hava limanı, uzunmüddətli icarə və toy maşını kimi xüsusi kateqoriyalar təqdim edir
  • İcarə şirkətləri üçün ayrıca profil və idarəetmə paneli təqdim edir

Texniki tərəf

  • Laravel əsasında backend və admin panel
  • Mobil üçün tətbiq hissi verən, sürətli interfeys
  • Azərbaycan, ingilis və rus dillərində məzmun
  • SEO üçün strukturlaşdırılmış səhifələr, sitemap və blog bölməsi
  • Cloudflare arxasında, təhlükəsizlik başlıqları və avtomatik backup ilə

Layihə canlıdır və inkişaf etməyə davam edir: rentonda.com