Tahiroğlu İnşaat üçün tikinti və təsərrüfat mallarının onlayn mağazası və mobil tətbiqi hazırlanıb. Məqsəd müştərinin minlərlə məhsulu rahat tapması və sifarişi evdən verə bilməsidir.
Nələr edildi?
- Onlayn mağaza: xırdavat, inşaat materialları, boya, santexnika, elektrik və bağ-bağça kateqoriyaları
- Məhsul və kateqoriya axtarışı, kampaniyalar və “Fürsətlər” bölməsi
- Səbət, seçilmişlər və WhatsApp ilə sürətli əlaqə
- Mobil tətbiqin ümumi yenilənməsi: yeni dizayn, giriş və qeydiyyat axını
- SMS ilə birdəfəlik kod (OTP) təsdiqi
Nəticə
Mağaza həm saytda, həm də mobil tətbiqdə eyni məhsul bazası ilə işləyir. Müştəri istədiyi kanaldan alış-veriş edə bilir, şirkət isə sifarişləri bir yerdən idarə edir.
Sayt: tahirogluinshaat.az
