AzTU Elmi-Metodiki Şura portalı Azərbaycan Texniki Universitetinin Elmi-Metodiki Şurası üçün hazırlanmış veb platformadır. Müəlliflər dərslik, dərs vəsaiti və metodik göstərişlərini qrif almaq üçün portal vasitəsilə elektron qaydada təqdim edir, Şura tərəfindən təsdiqlənmiş materiallar isə hamı üçün açıq şəkildə yayımlanır.
Nələr edildi?
- Müəlliflər üçün şəxsi kabinet və material göndərmə
- Qrif üçün tələb olunan sənədlər və qaydalar bölməsi
- Ərizə formalarının (ərizə, kafedra müdirinin təqdimatı) portal üzərindən əldə edilməsi
- Təsdiqlənmiş materialların kataloqu və faylların endirilməsi
- Şura və komissiya üzvləri haqqında məlumat
- Azərbaycan və ingilis dillərində interfeys, mobil uyğun dizayn
Nəticə
Müəlliflər materiallarını portal üzərindən asanlıqla təqdim edir, Şuranın təsdiqlədiyi nəşrlər isə bir yerdə toplanır.
Sayt: ems.aztu.edu.az
