Biznes üçün rəqəmsal transformasiya
Şirkətiniz var, amma sistem yoxdur?
Satış, anbar, işçilər və tapşırıqlar ayrı-ayrı cədvəllərdə və mesajlarda qalırsa, şirkət böyüdükcə nəzarət itir. Bu prosesləri bir sistemdə birləşdirirəm, sizin iş qaydanıza uyğun.
Tanış gəlir?
Sistemsiz şirkətin əlamətləri
- İş Excel, WhatsApp və əl ilə idarə olunur
- İş bölgüsü və proseslər qarışıqdır
- Şöbələr bir-biri ilə əlaqəsiz işləyir
- Rəhbərlik real vaxtda nə baş verdiyini görmür
Bunlardan ikisi sizə aiddirsə, vaxt və pul artıq itir. Yaxşı xəbər: bunu həll etmək üçün hər şeyi birdən dəyişmək lazım deyil.
Yanaşma
Nə edirəm
Əvvəl prosesi anlayıram, sonra proqram yazıram.
Rəqəmsal konsaltinq
- Biznes proseslərinin analizi
- Texniki yol xəritəsi
- Sistem memarlığı
Proqram həlləri
- Şirkətin ehtiyacına görə modullar
- Web və mobil interfeys
- Hazır şablon yox, fərdi həll
İnteqrasiyalar
- Şöbələr arası əlaqə
- API bağlantıları
- Vahid idarəetmə paneli
Modullar
Nələr qurula bilər
Lazım olanla başlayırıq, qalanı sonra əlavə olunur. Hamısı bir paneldə işləyir.
Anbar və stok
- Məhsul giriş-çıxışı
- Stok nəzarəti və xəbərdarlıqlar
CRM, müştəri və sorğular
- Müştəri bazası
- Müraciət və sorğuların izlənməsi
İnsan resursları
- İşçi idarəetməsi
- Rol və səlahiyyətlər
- Davamiyyət izləmə
Tapşırıq idarəetməsi
- İş bölgüsü
- Son tarix və icra nəzarəti
Otaq və resurslar
- Otaq rezervasiyası
- Avadanlıq istifadəsi
Sənəd və fayllar
- Daxili sənədlər
- Giriş səviyyələri və təhlükəsizlik
Proses
Necə işləyirəm
- 1
İlkin konsultasiya
Biznesinizi və əsas problemləri dinləyirəm.
- 2
Proses analizi
Mövcud axını xəritələyir, ehtiyacları prioritetləşdiririk.
- 3
Hazırlıq
Sistemi mərhələlərlə qurur, hər mərhələni göstərirəm.
- 4
Test və tətbiq
Komandanızla yoxlayır, real işə keçiririk.
- 5
Dəstək və inkişaf
Sistem şirkətlə birlikdə böyüyür.
Kiməm
Elxan Hüseynli
7 ildir şirkət və təşkilatlar üçün fərdi proqram həlləri hazırlayıram. Hazır sistemi sizə uyğunlaşdırmağa çalışmıram, sistemi sizin işinizə görə qururam.
- il təcrübə
- 7
- böyük layihə
- 5
- sistem
- 10+
Layihəniz var? Danışaq
İdeyanızı qısa yazın, birlikdə ən uyğun həlli müəyyən edək.